“Sumqayıt”da yubiley

Rail Məlikov “Sumqayıt”da yubiley oyununu keçirib.

Newsport.az xəbər verir ki, Topaz Premyer Liqasının 4-cü turunun “Qarabağ”la səfər matçı təcrübəli müdafiəçi üçün əlamətdar olub. 

Arxa xətt oyunçusu 50-ci dəfə “Sumqayıt” formasında Premyer Liqa görüşünü keçirib. Bu qarşılaşmaya kapitan kimi çıxan Rail klubunda qol sevinci yaşamayıb. 

O, 2016/17 mövsümündə 24, ötən çempionat 22, cari birincilikdə 4 dəfə meydana çıxıb.

Qeyd edək ki, Məlikov “Sumqayıt”ın tarixində 50 və daha çox Premyer Liqa matçına çıxan 19-cu futbolçudu.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right