"Onun məsləhətlərindən mütləq istifadə etməliyəm" - "Neftçi"nin futbolçusu

"Hər iki tərəf üçün çox çətin oyun oldu. Son dəqiqələrdə daha istəkli olduq və daha çox güc sərf etdik ki, bu da qələbə ilə nəticələndi".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin müdafiəçisi Anton Krivotsyuk Topaz Premyer Liqasının IV turunda evdə "Keşlə"yə 2-0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Komandasının ilk qolunu vuran U-21 millimizin üzvü fərqlənmək üçün inamının olduğunu dilə gətirib: "2 dəfə şansımı boşa verdim. 3-cü dəfə fürsəti qaçırmaq istəmirdim. Təbii ki, qol üçün məndə inam var idi". 

Gənc futbolçu qolu yaxın dostuna həsr etdiyini deyib: "Mənim yaxın dostum tribunada yer almışdı. Qolumu ona həsr etdim".

Krivotsyuk mərkəz müdafiəçisi mövqeyində zədədən əziyyət çəkən Ruslan Abışovun əvəzinə oynadığını vurğulayıb: "Bu, ilk dəfə deyildi ki, mərkəzdə çıxış etdim. Ruslan zədəli olduğu üçün burada çıxış edirdim. Əsas səbəb budur".

Ukrayna əsilli müdafiəçisi arxa xəttdə həmyerlisi Kirilo Petrovla oynamasından danışıb: "Tamamilə düzgün vurğulayırsınız ki, Petrovla oynamaq mənim üçün xeyirlidir. Petrovun böyük təcrübəsi var. Onun məsləhətlərindən mütləq istifadə etməliyəm".

Anton hər oyuna final kimi yanaşdıqlarını sözlərinə əlavə edib: "Oyundan sonra Roberto Bordin bildirdi ki, bu, minimum idi. Hər şey qabaqdadır. Hər oyuna final kimi köklənməliyik".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right