"Özbaşına qərar vermirəm" - Kamran Ağayev

"Müdafiədə oturmamışdıq, təmiz futbol oynayırdıq. Şanslardan yararlana bilmirdik. Bizim də, rəqibin də qol epizodları oldu. Futbolda belə hallar olur".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin qolkiper Kamran Ağayev Azərbaycan Premyer Liqasının IV turunda səfərdə "Neftçi"yə 0-2 hesabı ilə uduzduqları oyundan sonra deyib. Təcrübəli əlcək sahibi son dəqiqələrdə buraxdıqları qollar barədə güclərinin tükəndiyini deyib: "Normaldı, insanın fiziki gücü tükənir. İdmançı nə vaxt səhv edir? Gücün tükənəndə səhv edirsən. Son dəqiqələr idi, "Neftçi" öz meydanında oynayırdı və son dəqiqələrdə təzyiq edirdi. Müdafiədə və hücumda yaxşı çıxış etdik. Ağıllı oynadıq. Qısa zamanda düzəlməyə çalışacağıq. 90 dəqiqədə insan aqressiv olur, özündən çıxır. Amma futbolun da gözəllikləri olur. Oyunumuzun təkrarına baxacağıq və məşqçinin iradlarını dinləyəcəyik".

Son dəqiqədə rəqibin cərimə meydançasına yollanan qolkiper bunu baş məşqçinin tapşırığı ilə etdiyini vurğulayıb: "Kubok oyunu deyil ki. Birincisi, rəqibin cərimə meydançasına özbaşına getmədim. Baş məşqçinin məsləhəti ilə qabağa getdim. Çünki son 30 saniyə idi. 0-1 hesablı məğlubiyyətlə daha böyük hesablı yenilginin fərqi yox idi. Bir xal ala bilərdik, amma qismət belə oldu. Fikrimcə, "Neftçi"nin 2-ci qolunda oyundankənar vəziyyət var idi. Analiz edib, baxarıq".

Ağayev bu vəziyyətdən çıxmaq üçün çalışacaqlarını deyib: "Hər şeyin Allahın əlindədir. Hamı öz üzərində çalışmalıdır. Heç kim doğulandan futbolçu olmayıb. Çalışıb, bu vəziyyətdən çıxmaq lazımdır".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right