“Neftçi” ikinci qolu oyundankənar vəziyyətdən vurdu” – Mladen Milinkoviç

“Heç də pis oynamadıq. Təəssüf ki, son dəqiqələrdə üstünlüyü əldən verdik”.

Newsport.az saytının məlumatına görə, bu sözləri “Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç deyib.

Paytaxt təmsilçisi Azərbaycan Premyer Liqasının IV turunda səfərdə “Neftçi”nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli çalışdırıcı fikirlərini bildirib: “İlk hissədə o qədər də yaxşı qol epizodlarımız olmadı, bərabər oyun getdi. Ancaq ikinci hissədə yaxşı oynadıq, bəzi epizodlarda bəxtimiz gətirmədi. Komanda taktiki cəhətdən çox yaxşı oynadıq. Rəqibin hücum xətti çox güclüdür, onların qarşısını ala bildik. Ancaq futbolda xalı qol gətirir. “Neftçi” əlinə düşən şanslardan maksimum yararlandı və qələbə qazandı. Klennon qol şanslarından yararlansaydı, hər şey fərqli ola bilərdi. İlk üç oyunumuza baxsaq, bu gün çox yaxşı oynadıq. Təəssüf ki, lazım olan nəticəni əldə edə bilmədik”.

- Andre Klennon xeyli sayda qol imkanın yararlana bilmədi və onu son dəqiqələrdə əvəzlədiniz. Daha erkən əvəzetməyə əl atmaq düzgün olmazdımı?

- Klennon qol vurmasa da, yaxşı oynadı. Qalib gəlməyimizə çox kömək edə bilərdi. Ancaq əfsuslar olsun ki, yararlana bilmədi.

- İkinci qol zamanı Kamran Ağayev irəli çıxdı, siz onun qapıya qayıtmasını istədiniz. Lakin qolkiper sizin sözünüzə qulaq asmadı.

- Oyunun başa çatmasına bir dəqiqə qalmışdı. Cərimə zərbəsi zamanı qol da vura bilərdik, ancaq rəqib qapıçı imkan vermədi. Həmin anda hansı hesabla məğlub olmağın mənası yoxdur. Hakimlər barədə danışmaq istəmirəm, amma mən düşünürəm ki, rəqib ikinci qolu oyundankənar vəziyyətdən vurdu.

- Bohadir Nasimov meydana daxil olandan sonra heç nə ilə yadda qalmadı. Onun əvəzinə meydana Amil Yunanıovu daxil etmək düzgün olmazdımı?

- Başa düşürəm ki, Amil cəld oyunçudur. Biz hesaba uyğun olaraq Bohadiri meydana buraxdıq. 

- Sonuncu yerdəsiniz. Çatışmayan cəhətləri aradan qaldırmaq üçün nə düşünürsünüz?

- Məğlubiyyətlər psixoloji cəhətdən komandaya təsir edir.  Ancaq bu,futboldur. Bəzən belə şeylər məşqçiyə təsir edir, özünü günahkar sayır. Albaniya işləyəndə 6 oyuna 3 xal toplamışdıq, sonra vəziyyəti düzəltdik. İnanıram ki, işləyəcəyik və hər şeyi qaydasına qoyacağıq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right