İkinci dəfə: Nazim Süleymanov intizamsızlığına görə göndərdi

21 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Xəyal Nəcəfov cəzalandırılıb.

Newsport.az xəbər verir ki, “Sumqayıt” klubunun üzvü olan və gələcəyinə ümid bəslənilməsini şərtləndirən istedada malik olan Nəcəfov son 6 ayda ikinci dəfə əvəzedici heyətə göndərilib. Bu, ayrı-ayrı baş məşqçilərin dönəmində reallaşıb. 

Əvvəlcə Samir Abasov Nəcəfovu ikinci heyətə göndərmişdi, bu dəfə isə eyni prizmadan Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov çıxış edib. Səbəblər isə eynidir: İntizamsızlıq.

Futbol11.az saytının məlumatın görə, Xəyal Nəcəfov qeyri-müəyyən müddətə əvəzedici heyətə, yeni adı ilə isə ikinci komandaya göndərilib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right