Fritz Stuxlik: "Yeni struktur quracağıq"

Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni sədri Fritz Stuxlik AFFA İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə müsahibə verib.
 
Newsport.az saytı həmin müsahibəni təqdim edir:
 
- Təyinatınız necə baş tutdu?
- Məni AFFA-ya UEFA məsləhət görüb. İndiki halda mənim üçün çox maraqlıdır. Araşdırmalardan sonra İcraiyyə Komitəsinə və AFFA prezidentinə məruzə edəcəm. Yeni struktur quracağıq. Elit hakimlər üçün planlarımız var. Gənc hakimlərin üst kateqoriyalara çıxması üçün çalışacağıq. Bilirəm ki, Azərbaycanın keçmişdə tanınmış referiləri olub. Azərbaycandan Tofiq Bəhramov, Eldar Əzimzadə kimi hakimlər çıxıb. Brifinqdən sonra bəzi hakimlərlər görüşəcəm. Medianın bizə köməklik etməsinə şad olardım. Mən dünən gəlmişəm, çox şey araşdırmalıyam. Bu gün “Qarabağ” – “Sumqayıt” oyununu da izləyəcəm. Uzunmüddətli müqavilə bağlamışıq. Böyük planlarmız var.
 
- Azərbaycan futbolunun hakimliyini araşdırmısınız?
- Ötən il Buxarestdəki matçda Əliyar Ağayevin inspektoru olmuşam. Yaxşı oyun idarə etmişdi. Bu səbəb idi ki, UEFA-da I kateqoriyaya yüksəldi.
 
- Mətbuata hakimlərin qiymətləndirilməsi açıqlanmır. Bununla bağlı dəyişiklik olacaq?
- Bu, UEFA-da da belədir. Bu, məxfidir. Yalnız hakimlərə deyilir. İctimaiyyət üçün isə həmişə olduğu kimi, sirr qalacaq.
 
- AFFA qarşınıza böyük hədəflər qoyub. İşinizin öhdəsindən gəlməsiniz, axırınız nə olacaq?
- Əliyar Ağayev I kateqoriyadadır. Hədəf elit kateqoriyadır. Onda elitə yüksəlmək üçün gözəl şanslar var. Məqsədimiz odur ki, dünya və Avropa çempionatlarını idarə etmək üçün hakimlər yetişdirək.
 
- Gözünüzə dəyən ilk problem nə oldu?
- Əsas məsələ Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsinin ayrı olması idi. UEFA da təəccüblü idi. Bu məsələ mənim diqqətimi çəkmişdi. Digər şeylər üçün araşdırma aparmalıyam. Mənə qısa zaman verin, hər şeylə tanış olum. Söz verirəm ki, bir neçə həftə sonra görüşünüzə gələcəm.
 
- UEFA Azərbaycana dəfələrlə danışılmış oyunlarla bağı xəbərdarlıq göndərib. Bu barədə məlumatınız var?
- Xəbərim yoxdur. Bu, hakimliyə aid iş deyil.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right