"Turan Tovuz" uduzdu, "Şüvəlan" qalib gəldi

Azərbaycan birinci divizionunda 3-cü tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib. “Qaradağ Lökbatan”  öz meydanında “Keşlə-2”yə qalib gəlib – 1:0.

MOİK səfərdə “Turan Tovuz”la qarşılaşıb. Beş qolun qeydə alındığı oyunda qonaqlar qələbəyə seviniblər – 3:2.

“Şüvəlan” isə evdə “Ağsu”nu 2 cavabsız qolla məğlub edib.

 
13 sentyabr

3-cü tur

"Qaradağ Lökbatan" - "Keşlə-2"  - 1:0
Qol:
 Bəhruz Teymurov, 15.
Qırmızı vərəqə: Murad Qayalı, 42 (“Keşlə-2”)
Hakimlər: Səbuhi Bayramov, Pərvin Talıbov, Aleksandr Musatkin, Emin Nağıbəyov.
Lökbatan Olimpiya Kompleksinin stadionu.

"Turan Tovuz" - MOİK - 2:3
Qol:
 İlkin Sadıqov, 15-pen. Şahin Quluzadə, 71 - Fərid Nadirov, 15. Rüfət Məmmədov, 49. Sadiq Ağazadə, 90+3.

Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahin Heybətov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu .

"Şüvəlan" - "Ağsu" - 2:0
Qol:
 Rəhman Musayev, 57; 60-pen.
Hakimlər: Orxan Məmmədov, Azər Əsgərov, Eyyub İbrahimov, Bəxtiyar Gözəlov.
Bakı. “AZAL Arena”.

Turnir cədvəlinə 6 xalla "Qarabağ - 2" başçılıq edir. Eyni xala malik "Sumqayıt -2" və MOİK müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərarlaşıb.

Qeyd edək ki, turun qalan oyunları sabah keçiriləcək.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah