"Qarabağ" "Sumqayıt"a qalib gəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında dördüncü tura start veriləcək.

Newsport.az
-ın məlumatına görə, turun matçları 3 günü əhatə edəcək. İlk oyun günündə bir qarşılaşma keçiriləcək. “Qarabağ” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. 

Əslində, bu qarşılaşmada “Qarabağ” qonaq, “Sumqayıt” isə ev sahibi olmalıydı. Lakin “Qarabağ” Avropa Liqasının qrup mərhələsində "Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün "Sumqayıt”la matçın təbii örütüklü "Azersun Arena”da keçirilməsini Peşəkar Futbol Liqasından xahiş etdi və müsbət cavab aldı. 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.


Azərbaycan Premyer Liqası

IV tur

14 sentyabr (cümə)

20:00. "Qarabağ” - "Sumqayıt” - 1:0 
Qol: 
Ozobiç, 21-pen
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov
"Azersun Arena”

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right