Kapitan ikinci dəfə müayinədən keçdi, 1 ay oynamayacağı dəqiqləşdi

“Səbail”in kapitanı Eltun Yaqublunun zədəsi ilə bağlı vəziyyət konkretləşdirilib.

Newsport.az-ın məlumatına görəqardaş ölkə Türkiyədə olan oyunçu müayinədən keçib. Bir müddət öncə Almaniyada əməliyyat olunan futbolçunun yaşıl meydançalara  dönməsi üçün hələ 1 ay vaxt lazımdır. Onun 1 aydan sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur. 

Qeyd edək ki, Eltun Yaqublunun yoxluğunda “Səbail”in kapitan sarğısını Rahid Əmirquliyev daşıyır. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right