Nazim Süleymanovun qərarı “Qarabağ”la oyundan sonraya qaldı

Azərbaycan milli komandalarında oynamış, hətta bir neçə dəfə əsas yığmaya çağırılmış Orxan Əliyevin klubsuz qaldığını xəbər vermişdik.

Newsport.az-ın məlumatına görəson olaraq “Zirə”də oynamış Əliyev “Səbail” ilə yeni müqavilə bağlasa da, zədə səbəbindən buna xitam verilmişdi. 

Hazırda “Sumqayıt”ın düşərgəsində olan oyunçu elə böyük ehtimalla bu klubla sözləşmə imzalayacaq. Klubdan verilən məlumata görə, məşqlərdə iştirak edən oyunçu ilə bağlı yekun qərar Azərbaycan Premyer Liqasının IV turunun “Qarabağ”la oyunundan sonra veriləcək. Bu məsələdə yekun qərar baş məşqçi Nazim Süleymanova məxsus olacaq.

Qeyd edək ki, Orxan Əliyev karyerasının ən yaxşı illərini elə “Sumqayıt”da keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right