Qara Qarayevlə Almeyda Millətlər Liqasının ən yaxşıları arasında

UEFA Millətlər Liqasında iki turdan sonra statistik göstəricilər açıqlanıb.

Newsport.az-ın məlumatına görə, milli komandamızın iki futbolçusu - Qara Qarayevlə Riçard Almeyda ən yaxşılar arasında yer alıblar.

Hər iki yarımmüdafiəçi dəqiq ötürmələrin sayında top-5-liyə düşüb:

1. Serxio Ramos (İspaniya) - 204

2. Riçard Almeyda (Azərbaycan) - 150

3. Okay Yokuşlu (Türkiyə) - 148

4. Qara Qarayev (Azərbaycan) - 145

5. Çağlar Söyüncü (Türkiyə) - 145

İki turdan sonra ən çox qol vuran komanda İspaniyadır (8 qol). Lüksemburq 7, İsveçrə 6, Belarus 5, Türkiyə isə 4 dəfə rəqiblərini məyus edib. Millimiz 1 qolla ən aşağı yerlərdə qərarlaşıb.

Liqada hələ ki, vahid bombardir yoxdur. Romelu Lukaku (Belçika), Stanislav Draqun (Belarus), Timu Pukki (Finlandiya), Kristian Eriksen (Danimarka) və Stefan Yohansen (Norveç) 2 qolla bombardirlər siyahısına başçılıq edirlər. Millimizin üzvü Təmkin Xəlilzadə 1 qolla aşağı yerlərdə qərarlaşıb.

Turnirdə ən çox assist edən İspaniya millisinin üzvü Marko Asensiodur (4 dəfə).

Millətlər Liqasında ən çox qurtarış edən qapıçı Lixtenşteyn millisinin üzvü Benjamin Büxel və San Marino yığmasının qolkiperi Elia Benedettinidir (hər ikisi 14). Litvalı əlcək sahibi Ernestas Şetkus 13 seyvlə 3-cüdür. Tomas Strakoşa 9 qurtarışla 4-cü (Albaniya), Entoni Moris 8 seyvlə 5-cidir (Lüksemburq). Yığmamızın qolkiperi Kamran Ağayev isə iki oyundan sonra 4 dəfə rəqib futbolçulara qol vurmaq imkanı verməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right