"Neftçi" hazırlığı bərpa etdi

“Neftçi” məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, “Neftçi-2” ilə yoxlama oyunundan (1:0) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün öz bazasında məşq edib.

Məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olmuş futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində sentyabrın 16-da 8-ci km stadionunda keçiriləcək "Neftçi” – "Keşlə” oyunu saat 21:00-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right