Qurban Qurbanov: "Görüləsi işlər çoxdur"

“Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, buna nail olmadıq. Bir xal qazansaq da, əslində 2 xal itirdik".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının D divizionun III qrupunun ikinci turunda Malta ilə heç-heçə (1:1) etdikləri matçdan sonra deyib. 

Təcrübəli məşqçi görüləsi işlərin çox olduğunu, bütün narazılıqları üzərinə götürdüyünü bildirib: "Bir neçə futbolçunun hazırlıq durumundan narahat idim. Görüləsi işlər çoxdur. Nəticədən narazılıq varsa, bunu üzərimə götürməliyəm".

Qurban Qurbanov qrup lideri olmaq şanslarının qaldığını söyləyib: "Qrupumuzda yer alan digər komandaların da növbəti oyunlarda itkiləri olacaq. Qalan 4 oyunda qələbə qazanacağımız təqdirdə, uğura nail ola bilərik. Hər bir çətinliyi istədiyim kimi aradan qaldırmaq asan deyil. Futbolçularıma güvənib, bir olub hazırlaşmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right