Millimiz ciddi itki ilə üzləşdi

Futbol üzrə milli komandamız ciddi itki ilə üzləşib.  

Newsport.az-ın məlumatına görə, komandamızın aparıcı üzvü Pavel Paşayev UEFA Millətlər Liqasının D divizionun III qrupunun II turu çərçivəsində Maltaya qarşı keçirilən oyunun gedişində zədələnib.  31-ci dəqiqədə rəqiblə mübarizə zamanı zədə alan futbolçu oyunu davam etdirə bilməyib.  

Paşayevin durumuna sabah keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. İlkin ehtimala görə, o, 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.  

Onun əvəzinə meydana Urfan Abbasov daxil olub.  

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən matçda hesab bərabərdir - 1:1. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right