Qurban Qurbanov: "Maltaya qələbə üçün gəlmişik"

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqası çərçivəsində sabah Maltaya qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu gün Maltada təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Vacib səfərə gəlmişik. Oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidi. Bu komandanın Farer adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində 1:3 hesablı məğlubiyyətə layiq deyildilər. Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, sabah istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda burda məğlub olmaq istəmir. Çalışacağıq müsbət nəticə əldə edək. Bura qələbə üçün gəlmişik”.

Təcrübəli çalışdırıcı start 11-likdə dəyişiklik edəcəyini açıqlayıb: "Heyətdə dəyişikliklər olacaq. Amma hansı dəyişikliklər edəcəyimi açıqlaya bilmərəm. Onu deyə bilərəm ki, ciddi dəyişiklik olmayacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right