"Millidə hər şey məndən asılı deyil" – Riçard Almeyda

"Bizim üçün çox vacib görüşdür. Oyuna çox yaxşı hazırlaşmışıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq. Ümid edirəm ki, müsbət nəticə qazanacağıq". 

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın üzvü Riçard Almeyda UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyundan əvvəl deyib.

29 yaşlı yarımmüdafiəçi bütün güclərini orataya qoyacaqlarını bildrib: "Bizi çox çətin oyun gözləyir.  Komandamız möhtəşəm futbol sərgiləməli, məşqçinin tapşırıqlarını yerinə yetirməlidir. Deyərdim ki, bizim millidə bütün futbolçular eyni səviyyədədir. Hər şey tək məndən asılı deyil. Bütün komanda yaxşı oynasa, verilən tapşırığı yerinə yetirsə, biz sabah istədiyimiz nəticəni əldə edəcəyik".

Riçard Almeyda Qazaxıstanın "Astana" klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Astana"dakı durumumdan razıyam. Qışda ayrılacağımla bağlı informasiyaya sahib deyiləm"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right