"Neftçi" gücünü əvəzedicilərinə göstərdi

Milli komandamızın oyunu ilə əlaqədər ölkə çempionatında yaranmış fasilədən istifadə edən "Neftçi" yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, “Neftçi”nin bazasında baş tutan qarşılaşmada əsas komanda "Neftçi-2" ilə üz-üzə gəlib. İlk hissəsi 0:0 bitən matçın ikinci hissəsində Kvame Karikarinin cərimə zərbəsindən vurduğu qolla "Neftçi" 1:0 hesabı ilə qələbə qazanıb.

Milli komandalara dəvət alan futbolçular, üzürlü səbəbdən icazəli olan Səlahət Ağayev və ayağında cüzi ağrı olduğu üçün fərdi məşq edən Dario Frederiko qarşılaşmada iştirak etməyib. Oyundan sonra komanda bir günlük istirahətə buraxılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right