Millimiz Maltaya çatdı

Azərbaycan millisi UEFA Millətlər Liqasının 2-ci turunda qarşılaşacağı Malta yığması ilə oyun üçün səfərə yollanıb.

Newsport.az saytının məlumatına görə, yığmamız Maltaya çarter reysi ilə yollanıb. Komandamız artıq Maltadadır.

Qeyd edək ki, D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakıda Kosovo yığmasına qarşı keçirdiyi ilk matçda qolsuz heç-heçə edib. Malta komandası isə səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzub. Millimizin Malta ilə səfər oyunu sentyabrın 10-da Ta Qalidəki Milli Stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right