AFFA Kosovo üzərində qələbəyə nə qədər mükafat verəcəkmiş?

UEFA Millətlər Liqasının D Liqasının III qrupunda yer alan milli komandamız ötən gün ilk oyununu keçirib.  Qurban Qurbanovun rəhbərlik etdiyi komanda birinci tur çərçivəsində öz meydanında Kosovo ilə qarşılaşıb. 

Newsport.az saytının məlumatına görə, AFFA rəhbərliyi Kosovo üzərində qələbəyə görə futbolçuların hərəsinə 20 min manat mükafat vəd verib. Qarşılaşmaya sonrada daxil olan futbolçular  mükafatın 75 faizinə, oyunu ehtiyat oyunçular skamyasında keçirən hər bir futbolçu mükafatın 50 faizinə sahib olacaqmış.

Lakin futbolçularımız ilfk dəfə təşkil olunan turnirə qələbə ilə başlaya bilməyilər. Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada tərəflərin səylərinə baxmayaraq, hesab açılmayıb.

Qeyd edək ki, millimiz Millətlər Liqasında növbəti oyununu iki gün sonra səfərdə Maltaya qarşı keçirəcək.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right