Yeni klubunda möhkəmlənmək üçün millimizdən ayrıldı

21 yaşadək futboçulardan ibarət Azərbaycan yığmasının üzvü Murad Mahmudov komandadan ayrılıb.

Newsport.az saytının məlumatına görə, Almaniyanın Regional Liqasında çıxış edən FCV “Frankfurt” klubuna keçən futbolçu yeni klubunda möhkəmlənmək üçün yığmanın toplanışından erkən dönmək istəyi ilə bağlı baş məşqçi Rəşad Sadıqova müraciət edib.

Yığma komandanın rəhbərliyi futbolçunun klub karyerasını nəzərə alaraq, müraciətinə müsbət yanaşıb və toplanışı erkən tərk edərək Almaniyaya yollanmasına icazə verib.

18 yaşlı yarımmüdafiəçi buna qədər "Ayntraxt"ın (Frankfurt) U-19 komandasında çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right