Millimiz Kosovo ilə heç-heçə etdi

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk matçına çıxıb.


Newsport.az xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan milli komandamız ilk sınağında doğma meydanda Kosovo ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda baş tutan oyun həm də Qurban Qurbanovun millimizin baş məşqçisi postunda ilk rəsmi sınağı olub.

Hər iki komandanın çoxsaylı cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb. 

Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın 10-da Maltaya qarşı keçirəcək. 

UEFA Millətlər Liqası

D Liqası, 3-cü qrup

7 sentyabr

20:00. Azərbaycan - Kosovo - 0:0

Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland

Əlavə köməkçi hakimlər: Espen Eskas, Tom Harald Hagen (Hamısı Norveç).

Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Kamran Ağayev (k), 3. Ürfan Abbasov, 22. Bədavi Hüseynov,  5. Maksim Medvedev,  4. Pavlo Paşayev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 10. Ruslan Qurbanov, 8. Emin Mahmudov,  7. Mahir Mədətov, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 6. Coşqun Diniyev, 9. Rauf Əliyev, 13. Dmitri Nazarov, 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev. 16. Cavid Hüseynov, 17. Rəhman Hacıyev, 18. Məhəmməd Mirzəbəyov, 19. Rahil Məmmədov, 21. Təmkin Xəlilzadə

Baş məşqçi: Qurban Qurbanov 

Kosovo: 1. Samir Uykani, 3.  Fidan Aliti, 5. Herolind Şala, 6. Hekuran Kryeziu, 9. Bersant Tselina, 10. Arber Zeneli, 13. Armi Rrahmani, 15. Mergim Voyvoda, 18. Vedat Muriqi, 19. Leart Pakyarada, 22. Edon Jegrova 

Ehtiyat oyunçular: 12. Faton Maloku, 6. Visar Bekay, 2. Yetmir Krasniqi, 4.  Arbenit Xhemayli, 7. Milot Raşika, 8.  Donis Avdijay, 11. Elbasan Raşani, 14.  İdriz Voka, 17. Benyamin Kololi, 20.  Kastriot Dermaku, 21.  Atdhe Nuhiu, 23. Bernard Berişa

Baş məşqçi: Bernard Şalland





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right