“Neftçi”dən sınaq matçında 4 qol

“Neftçi-2” hazırlığı davam etdirir.

Newsport.az saytının məlumatına görə, gündə bir dəfə klubun bazasında məşq edən komanda bu gün hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Baş məşqçi Mahmud Qurbanovun yetirmələri "Qaradağ Lökbatan”la qarşılaşıb.

"Neftçi-2” bu görüşdə 4:1 hesabı ilə qalib gəlib. Elvin İmanlı dubla imza atıb. Komandanın digər qollarını Əli Ağazadə və Hüseyn Hüseynzadə vurublar.

Qeyd edək ki, Birinci Divizionda 2 turdan sonra 4 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan "Neftçi-2” növbəti rəsmi oyununu sentyabrın 14-də səfərdə "Kəpəz”ə qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right