Millimiz İspaniyaya uduzdu

İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində təşkil edilən Avropa Super Finalında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, İspaniya yığması ilə qarşılaşan komandamız 4:5 hesabı ilə məğlub olub. Millimizin qollarını Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov və Asif Zeynalov vurub.

Komandamız turnir çərçivəsində növbəti oyununu sentyabrın 7-də Portuqaliyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right