Rəşad Sadıqov: "Bəzi futbolçulardan narazıyam"

“Çox gərgin oyun keçdi. Bilirdik ki, rəqibimiz yaxşı komandadı. Həqiqətən yaxşı komandaya qarşı mübarizə apardıq”. 

Newsport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Rəşad Sadıqov deyib. 

Yığmamız Avropa çempionatının seçmə mərhələsində öz meydanında İsraillə heç-heçə edib. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib:  “Çox çətin qrupa düşmüşük.Oyuna gəlincə, daha yaxşı oynaya bilərdik. Sadəcə, oyunun gedişində hiss olunurdu ki, futbolçularımız tam formada deyil. Rəqibin bütün futbolçuları İsrailin yüksək liqasında çıxış edirlər. Oyunun əvvəlində pressinq etməyə çalışdıq, bunun nəticəsində qol vurduq. İkinci hissədə daha yaxşı oynadıq, əks hücumlarımız oldu. Tam hazır olmasaq da, sona qədər mübarizə apardıq. Futbolçularıma təşəkkür edirəm”.

- Ziya Əzizovdan daha yaxşı oyun gözləyirdik. Amma o, istəniləni ortaya qoya bilmədi.

- Tək Ziya deyil. Bəzi futbolçulardan narazıyam, çünki klublarında oynaya bilmirlər. Mən onları milliyə dəvət edirəm, şans verməyə çalışıram. Sözün düzü, fərqli dəyişikliklər düşünmüşdüm. Fəridlə Barışı meydançaya buraxmaq istəyirdim, amma ikinci hissədə mərkəzdə məğlub olmağa başladıq və planlarımız dəyişdi.

- Bizim səviyyəmizdə olan millilərin baş məşqçiləri erkən qola sevinmirlər. Bəs siz 40-cı saniyədə vurduğunuz qoldan sonra bunları düşündünüz?

- Düşündüm. Belə tip oyunlarda qolun ikinci hissənin ortalarında vurulması daha yaxşı olardı. Amma erkən qol da futbolçulara inam yarada bilər. Lakin bizdə əksinə oldu.

- Renat zədəli idi ki, penaltini Ziya vurdu?

- Bəli, zədələndi və kənara çəkildi. Ziya penaltiləri pis vurmur. Amma penaltini ulduz futbolçular da qaçıra bilər. Elə bir problem görmürəm.

- Dörd gündən sonra Norveçlə oyunda dəyişiklik gözlənilirmi?

- Bəli, ediləcək. Həm bir sıra futbolçumuz yorulub, həm də Norveç fərqli taktikayla oynayır. Qrupun favoritinə qarşı oynayacağıq.

- Əsas milli komandamızın baş məşqçisi  Qurban Qurbanov oyunu izləyirdi. Bu, futbolçulara əlavə stimul verə bilərdi?

- Qurban müəllim məşqlərimizi də izləyir və bu, bizim üçün əlavə stimuldu. Əvvəl əsas milli ilə 21 arasında uçurum olurdu. Amma indi belə deyil.

- Renat Dadaşovu sanki döyə-döyə meydana buraxmışdınız.

- Bu fikirlə razı deyiləm. Renat bacardığı qədər mübarizə apardı. Onun oyununda kifayət qədər dəyişiklik var. İnanıram ki, yaxşı olacaq, onun durumundan razıyam.

- Bu gün Qurban Qurbanov tam heyətlə oyununuzun ilk yarısını izlədi. Rejimə görə fasilədə tribunaları tərk etdilər. Siz necə, sabah tam tərkibdə millimizin oyununu izləyəcəksiniz?

- Mütləq izləyəcəyik, özü də sonadək. Yığma komandamızı ciddi sınaq gözləyir. Kosovonun baş məşqçisinin açıqlamalarını oxudum. Sanki qrupda 3 favorit var, bir tək öz komandası zəifdi. Əslində isə belə deyil. Sabah millimizi çox ağır sınaq gözləyir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right