"Sanki millidə yeni era başlayır" - Qara Qarayev

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Qara Qarayev UEFA Millətlər Liqası çərçivəsində Kosovoya qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, “Qarabağ”ın şərəfini qoruyan futbolçu media nümayəndələri ilə görüşdə bunları deyib:

- UEFA Millətlər Liqası əvvəlkilərdən fərqlənir. Bu turnirin sonu bizim üçün çox faydalı ola bilər. Rəqibin potensialını bilirik. Çalışacağıq ki sabah meydanda əlimizdən gələnin ən yaxşısını edək.

- AÇ-2020-nin bəzi oyunları Bakıda keçiriləcək. Bu, futbolçularda həyəcan yaradırmı?
- Bu turnirdə bütün futbolçularımızda həyəcan var. Bu dəfə tamam fərqlidi hər şey. İnsanların bizdən bu turnirdə yaxşı nəticə gözləməsi bizim üçün böyük motivasiyadı.

- Azarkeşlərə hər hansı bir müraciətiniz varmı?
- Azarkeşləri həmişə daha çox dəstək olmağa çağırıram. Sabahkı oyunda da ən çox ehtiyac duyduğumuz azarkeşlərimizin dəstəyidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right