Azərbaycanlı futbolçu vəfat etdi - 32 yaşında

AZAL-ın sabiq futbolçusu Rüfət Musayev vəfat edib.

Newsport-ın xəbərinə görə, bir sıra klublarımızda çıxış etmiş 32 yaşlı müdafiəçi xərçəng xəstəliyindən dünyasını dəyişib.

2014/15 mövsümündə "Neftçala"nın heyətində Azərbaycan  Birinci Divizionunun qalibi olan Musayev 2 ilə yaxındır bu xəstəliklə mübarizə aparırdı.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right