"Oyunu komanda udur" - Kamran Ağayev

"Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Baş məşqçimiz rəqibə qarşı oynamağın yolunu göstərib. Xalqımızı sevindirməyə çalışacağıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri milli komandamızın qapıçısı Kamran Ağayev UEFA Millətlər Liqasında Kosovo ilə keçirəcəkləri ilk tur matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib. Təcrübəli qolkiper rəqibi yaxşı analiz etdiklərini bildirib:

"Kosovo haqda məlumatımız var, lazımı tapşırıqlar verilib, rəqib analiz olunub. Öz oyunumuzu oynasaq, istədiyimiz nəticəni əldə edəcəyik. Oyunu komanda udur. Verilən tapşırıqları yerinə yetirə bilsək, qalib gələ bilərik"

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Kosovo oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right