"Əsas narahatlığımız oyun təcrübəsinin azlığıdı" - Qurban Qurbanov

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqası çərçivəsində Kosovoya qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, millinin çalışdırıcısı media nümayəndələri ilə görüşdə bunları deyib:

- Uzun müddət sonra ilk rəsmi oyunumuza çıxacağıq. Pis hazırlaşmamışıq. Futbolçularımın hamısı sabah ən yaxşı oyununu göstərməyə çalışacaq. Rəqibin oyunlarına baxmışıq. İnanıram ki, sabah azarkeşlərimizə ən azından maraqlı oyun göstərə biləcəyik.

- “Kosovonu necə məğlub edə bilərik” deyə düşünəndə, sizə ilk əngəl nə olur?
- Düşünürük ki, istədiyimiz oyunu 90 dəqiqə sərgiləyə biləcəyikmi? Narahat edən əsas problem bəzi futbolçuların uzun müddət oynamamasıdı. Araz Abdullayev bizə yeni qoşulub. Dimitri Nazarov son vaxtlar çox oynamır. Əsas narahatedici amil futbolçularımızın oyun təcrübəsinin az olmasıdı. Buna baxmayaraq, futbolçularıma inanıram. Görürəm ki, onlar çox istəklidi.

- Kosovo yığmasının heyətində əksər futbolçular Avropanın böyük liqalarında oynayır. Bu haqda fikirləriniz nədi?
- Demək olar ki rəqibin futbolçuların çoxunun oyun təcrübəsi çoxdu. Stabil oyun sərgiləyirlər. Fərdi bacarıqları bizi narahat edə bilər.

- Ramil Şeydayev və Riçard Almeyda necə formadadı?
- Hazırlıqları yaxşıdı. Əsas Ramilin oynamaması məni narahat edir. Riçardla bağlı bir problem yoxdu.

- Rəqibin qrupun favoriti olaraq Azərbaycanı göstərməsi futbolçuları arxayınlaşdırmaz?
- Bu, bizə mane olmaz. Əksinə, rəqibi yüksək dəyərləndiririk.

- Mövqelər üzrə məcburi dəyişikliklər olacaqmı?
- Ola bilər.

- Ramil Şeydayevə nisbətən Amil Yunanov daha çox oyun keçirir. Sizcə o, Ramildən daha hazırlıqlı deyilmi?
- Ramil əsas komandalarda oynamasa da, ikincilərlə oynayırdı. Bütün futbolçular bizim nəzarətimizdədi. Bu dəfə Amil çağırılmıyıbsa, o demək deyil heç vaxt çağırılmayacaq.

- Qrupda liderlik üçün əsas rəqib Kosovo millisini düşünmək olarmı?
- Belə düşünürük. Hər komanda qalib olmaq istəyir. Biz bütün diqqətimizi bu turnirə yönləndirsək, sonda alınan pis nəticələr bizim üçün yaxşı olmaz. Favorit kimi Kosovo millisini görə bilərik. Çalışacağıq yaxşı nəticələr əldə edək.

- Rəşad Sadıqovun rəhbərliyi ilə 21 yaşlılardan ibarət komandamız bu gün İsrail millisini məğlub edə biləcəkmi?
- Rəşada uğurlar arzu edirəm. Hazırda hamımız komandaları yaxşı motivasiya etməyə çalışırıq. Bunlar tam formalaşandan sonra hər bir futbolçunun oyun səviyyəsi yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right