“Keşlə”dən növbəti transfer xəbəri: Georgios gətirildi

Adrian Skarlatake ilə yollarını ayıran “Keşlə” transfer bazarında boş dayanmır.

Newsport.az-ın məlumatına görə, Mladen Milinkoviçin başçılıq etdiyi komandaya yeni futbolçu qoşulub. Dünəndən etibarən komandada olan yunansıtanlı  Georgios  Georgiadis artıq komanda ilə məşqlərə qoşulub. Hücumda və yarımmüdafiənin sağ cinahında oynamağı bacaran futbolçu baxışdan uğurla keçə bilsə, onunla sözləşmə imzalanacaq.

Qeyd edək ki, 30 yaşlı futbolçu PAOK, “Veria”, AEL, “Ermis”, “Doxa Dramas” kimi klubların uğurları üçün çalışıb. Oyunçu iyulun 1-dən etibarən klubsuzdur və azad agent statusuna malikdir.

futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right