Fantastik iddia: Riçard Almeyda “Qarabağ”a qayıda bilər

Riçard Almeyda Azərbaycan futbolu üçün sıradan bir oyunçu deyil.

Newsport.az-ın məlumatına görə, müstəqil futbolumuzun tarixi uğurlarında imzası olan Almeyda eyni zamanda milli komandamızın üzvüdür. Hazırda Qazaxıstanın “Astana” klubunda forma geyinən oyunçu Azərbaycanla, “Qarabağ”la əlaqələrini kəsməyib. Bizdə olan məlumata görə, Almeydanın “Qarabağ”a qayıtmaq ehtimalı yarana bilər. Bunun qışda və ya gələn yay şahidi ola bilərik. 

Qeyd edək ki, Riçard Almeydanı Qazaxıstana “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk aparıb. Ukraynalı məşqçinin “Astana”dakı durumu heç də ürəkaçan deyil. 

Məlumat üçün bildirək ki, Almeyda “Astana”nın yüksəködənişli futbolçularından biridir.

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right