"Qarabağ"ın 12 futbolçusu 6 milli komandada FOTO

"Qarabağ"ın 12 futbolçusu 6 milli komandaya dəvət olunub.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb. Bu oyunçular bütün mövqelər üzrədir. Qapıçı Şahrudin Məhəmmədəliyev, mərkəz müdafiəçiləri Bədavi Hüseynov və Rahil Məmmədov, sağ cinah müdafiəçisi Maksim Medvedev, dayaq yarımmüdafiəçiləri Qara Qarayev və Coşqun Diniyev və hücumçu Mahir Mədətov UEFA Millətlər Liqasında Kosovo və Malta ilə matçlar üçün Azərbaycan millisinə çağırılıb.

Komandanın daha bir qapıçı Hannes Halldorsson İslandiya, müdafiəçi Ansi Aqolli Albaniya, yarımmüdafiəçilər Simeon Slavçev Bolqarıstan, Donald Gerrye Haiti,  hücumçu Con Delarj  Konqo millisinə dəvət alıb.
 

 


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right