“Neftçi” məşqləri bərpa etdi

“Neftçi” məşqləri bərpa edib.

Newsport.az-ın məlumatına görə, komanda dörd günlük fasilədən sonra bu gün öz bazasında məşq keçib. Məşqdə zədəli Ruslan Abışov, həmçinin Azərbaycanın əsas millisi ilə U-21 yığmamızın düşərgəsində olan futbolçular, eləcə də üzrlü səbəbdən millinin düşərgəsindən ayrılan Səlahət Ağayev iştirak etməyiblər.

Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün 4-cü tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right