Vəli Qasımov: "Bakıda oynamaq rəqiblər üçün çətin olur"

"Bakıda oynamaq rəqiblər üçün çətin olur. "Qarabağ" avrokuboklarda inamlı çıxış edir. Təmsilçimiz sürpriz edə bilər. "Sportinq"də son zamanlar məlumatsızam. Fikrimcə, "Qarabağ" "Sportinq"ə qarşı oynaya bilər. Qrupda bütün komandalara uğurlar arzulayıram. Çox güclü qrupdur".

Newsport.az-ın məlumatına görə, bunu Avropa Liqasının final matçının səfiri Vəli Qasımov deyib. O, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində uğurlu nəticə qazanacağına inandığını söyləyib:

"Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi edir. Bakıya yolu düşənlər razı qalacaqlar".

Qasımov Portuqaliyanın "Vitoriya" klubunda birgə çıxış etdikləri Manuel Fernandeşlə görüşdüyünü qeyd edib:

"Buraya gələndə sabiq komanda yoldaşımı gördüm. Çox xoşbəxtəm. "Vitoriya"da oynadığım vaxtdan 20 il keçib. Portuqaliyada qalan dostlarımla böyük xatirələrim var". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right