Loqonun dizaynında Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərinin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa qitəsini və Bakını əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir.
Azərbaycan dünyada “Odlar Diyarı” kimi tanınır. Bundan yola çıxaraq, loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilib.
“Buta” naxışı isə milli geyimlərdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində sıx istifadə edilir. Bundan ilhamlanaraq, Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlanıb.