"Qrupda onlarla düşsək, kimin daha yaxşı olduğunu göstərməyə çalışacağıq" Filip Ozobiç

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"inə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra müshaibə verib.

 

Newsport.az xəbər verir ki, oyunda son qolun müəllifi olan xorvatiyalı yarımmüdafiəçi öncə oyun barədə danışıb:

 

- Hesab edirəm ki, iki oyuna görə, biz daha məzmunlu futbol sərgilədik və daha çox layiq olan qalib gəldi. Çox sevinirəm ki, Avropa Liqasının qrupunda oynayacağıq.

 

- Öz oyunun barədə nə düşünürsən. Fərqlənəcəyini düşünürdün?

- Əlbəttə, qol vurmaq istəyirdim. Sevinirəm ki, fərqlənməyi bacardım. İnanıram ki, qarşıdakı matçlarda da qol vurmağı bacaracam.

 

- Bu gün oyuna sanki xüsusi motivasiya ilə çıxmışdınız. Bu, bizə elə gəlirdi, yoxsa..?

- Oyunun əhəmiyyəti çox böyük idi. Tərəzidə Avropa Liqasının qrupu dayanmışdı. Zənnimcə, bu axşam yaxşı oynadıq.

 

- Rəqib düşərgədə həmyerlilərin - baş məşqçi və bir futbolçu xorvatiyalı idi. Oyundan sonra onların əlini sıxarkən tərəddüd etmirdin?

- Xeyr. Axı, bu, futboldur və hər kəs öz komandasının uğuru üçün çalışır. Bu gün "Qarabağ” qələbəyə daha layiq idi. Yeri gəlmişkən, məni qələbə münasibəti ilə təbrik etdilər və qrup mərhələsində uğurlar arzuladılar.

 

- Sabah qrup mərhələsinin püşkatmasıdı. Yenidən BATE-ylə qarşılaşmaq istərdinmi?

- Deyə bilmərəm, kimlərlə qarşılaşacağıq. Ancaq onlarla düşsək, kimin daha yaxşı olduğunu göstərməyə çalışacağıq.

 

- İki dəfə "Qəbələ”nin heyətində Avropa Liqasının qrupunda oynamısan. İndi isə "Qarabağ”la eyni həyəcanı yaşayacaqsan. Hansı komanda ilə oynamaq sənə daha maraqlı gəlir?

- Mən "Qarabağ”ın futbolçusuyam və ən yaxşı oyunumu nümayiş etdirmək istəyirəm. Ümid edirəm ki, çoxlu xal toplayacağıq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right