"Səhvlər yaşla bağlı deyil" - Rəşad Sadıqov

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Şerif"ə qarşı keçirilən cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az həmin müsahibəni təqdim edir:

- 2-3 həftədir həm səhvlərinizə, həm də uğursuzluğunuza üzərinizdə ciddi təzyiq var idi. Artıq rahatlaşmaq vaxtıdır?

- Fərqli ab-hava var idi. Həqiqətən böyük təzyiq altında idik. Bu gün çox yaxşı oynadıq. Üçüncü qoldan sonra rəqib risk etməyə başladı. Biz isə sakit oynadıq. Şükürlər olsun ki, istənilən nəticəni qazandıq. 

- Standart vəziyyətlə zamanı irəli atılırdın. Qol vurmaq niyyətində idin?

- Xeyr. Qol vurmaq mənim üçün zərrə qədər önəmli deyildi. Əsas məsələ "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanması idi. 

- Qara Qarayev bildirdi ki, azarkeşlərin oyuna marağının az olması komandaya pis təsir edib. Bu, bütün komandada hiss olunurdu?

- Ümumi şəkildə bu məsələ ilə bağlı müzakirə olmuşdu. Dünən bu barədə xəbər yayılmışdı. Amma hiss etmədik ki, tirbunalarda boşluq var. Azarkeşlərimiz çox möhtəşəm idi. Qələbə qazanmağımızda onların böyük rolu var. 

- Hamı sizi səhvlərinizə görə tənqid edirdi. Bu məsələ ilə bağlı nəsə fikir bildirmək istəyirsiniz?

- Bunun ətrafında çox fikir bildirmək olar. Ancaq bu gün pozitiv məsələlər haqqında danışmaq istəyirəm. Mən çox xoşbəxtəm ki, "Qarabağ" beşinci dəfə qruplarda oynayacaq. Mən uzun illərdi "Qarabağ"ın kapitanıyam. Burada uzun müddətdir işlər gedir və iş olan yerdə səhv olmalıdır. Çünki ildən-ilə inkişaf gedir, rəqiblər bizə qarşı yaxşı hazırlaşırlar. Mən bütün tənqidləri normal qarşılayıram. BATE ilə oyunda etdiyim səhvlər yaşımla bağlı deyil. Mən o səhvləri 20 yaşımda da etmişəm. Mənim özəlliklərimdən biri topla yaxşı rəftar etməyimdir. Bu gün kənara çəkilsəm, komanda üçün lazımsız fiqura çevriləcəm. Oyun zamanı top itirə, səhvlər edə bilərdim. Ancaq bugünkü səhvlər yaşla bağlı deyil. Dərindən analiz etsəm, bu il avrokuboklarda çox yaxşı çıxış etmişəm. Sadəcə, bir qədər şanssız oldum, buraxdığım səhvlər qolla nəticələndi və "Qarabağ"ı növbəti mərhələdən etdi. Mən ilk növbədə özüm-özümü qınayırdım. Daha ehtiyaylı olsaydım, başqa nəticə qazana bilərdik. Artıq hər şey geridə qalıb. PSV-dən 6 qol vuraxıb, Avropa Liqasına yuvarlanmaqdansa, möhtəşəm qələbə qazanıb qrupa düşmək mənim üçün daha önəmli idi.

- Avropa Liqasının qrupu artıq azərbaycanlı azarkeşlər üçün adi hala çevrilib.

- Bizim üçün ildən-ilə hər şey adiləşib. Əsas problemimiz budur (gülür). Dərəcə də qalxır, rəqiblər bizimlə oyuna başqa cür hazırlaşır. Biz "Şerif"i mütləq keçməliyik deyirik, amma rəqibi də analiz etmək lazımdır. BATE son ilər 8 dəfə qrup mərhələsində mübarizə aparıb. Düzdü, biz də qrupda oynamışıq, lakin rəqibləri qiymətləndirmirik. Çalışacağıq, əlimizdən gələni edəcəyik. 

- Belə bir məlumat yayılmışdı ki, BATE ilə oyunlarda səhvlər etməsəydin, milliyə qayıdacaqdın. Bu məsələ doğrudur?

- Mənim milliyə qayıtmağım səhvlərlə bağlı deyil. Qurban müəllimlə söhbət etmişdik, Ruslan Abışov zədələnəndən sonra bu məsələ gündəmdə idi. Amma müdafiəçimiz var. Mən sözümün arxasındayam. Nə vaxtsa xeyrim dəyəcəksə, milliyə qayıtmağa hazıram. 

- Belə bir məlumat yayılmışdı ki, BATE ilə oyunlarda səhvlər etməsəydin, milliyə qayıdacaqdın. Bu məsələ doğrudur?

- Mənim milliyə qayıtmağım səhvlərlə bağlı deyil. Qurban müəllimlə söhbət etmişdik, Ruslan Abışov zədələnəndən sonra bu məsələ gündəmdə idi. Amma müdafiəçimiz var. Mən sözümün arxasındayam. Nə vaxtsa xeyrim dəyəcəksə, milliyə qayıtmağa hazıram. İnşallah, hamımız milliyə azarkeşlik edəcəyik. Yeganə problem 3 gün ərzində 2 oyunun olmasıdır. Nəinki bizim futbolçular, heç dünya ulduzları da 3 gün içində 2 oyun yaxşı hazırlaşa bilmir.

- Qayıda biləcəyini deyirsən, amma U-21 millisində toplanışda olacaqsan.

- Qayıdacağımı demirəm. İnşallah, geri dönmərəm. Belə söhbət gündəm deyil.

- “Şerif” səddini keçməyəcəyiniz halda, karyeranı bitirməyi düşünürdün?

- Oyundan öncə çox az şey haqda fikirləşirdim. Oyuna köklənmişdik. Mən komandanın kapitanıyam, belə şeylərə vaxt ayırmağa və düşünməyə zamanım yoxdur.

- Qrupda BATE ilə düşməyi istəyirsiz?

- Xeyr, çünki BATE bizim üçün narahat rəqibdir. Hər iki oyunda onlardan üstün idik. Yalnız ilk oyunun start 20 dəqiqəsində bizdən üstün olublar. Biz komanda şəklində oynayırıq və daha çox hücum barədə düşünürük. Buna görə də BATE bizə uyğun deyil, narahat rəqibdir. Bizi əks-hücumda yaxalamaq çətindir. BATE-nin də ən üstün cəhəti budur.

- “Beşiktaş” və ya “Fənərbaxça” ilə eyni qrupa düşmək istərdin?

- Allah nəyi məsləhət buyursa, elə də olacaq. Mən sırf Qurban müəllimi təbrik edirəm. “Şerif” bizi ilk oyunda çox yaxşı təhlil etmişdi. Meydan əl-qolumuzu bağlamışdılar. Amma Qurban müəllim cavab matçında çox böyük riskə getdi və oyunumuzu təmiz dəyişdi. Fikir verdinizsə, Qarayev sağda da oynayırdı, mən də sol cinahda daha çox çıxış etdim. Bunlar Qurban Qurbanovun hücum potensialları üçün düşüncələri idi. Riskə getdi və mən də futbolçusu kimi onu ürəkdən təbrik edirəm.

- Bu oyunu qrup mərhələsində görə bilərik?

- Rəqibdən asılı olacaq. “Slovan”la eyni qrupa düşəndə hamı qələbə qazanacağımızı gözləyirdi. Hətta mərhələ adlamaq üçün rəqib üzərində qalib gəlmək lazım idi. Amma biz “Slovan”ı məğlub etməyi bacarmadıq.

- “Yanq Boyz” və “Göteborq”u da bu hesabla məğlub etmisiz. Amma “Qarabağ”ı bu qədər sevincli görməmişdik. Bu nə ilə bağlı idi?

- Qurban müəllim elə məhz bu oyunların videolarını bizə göstərmişdi. Qismətdən elə oldu ki, yenə 3:0 hesabı ilə udduq. Qurban müəllim həmin oyunlarda da problemlərimizin olduğunu dedi. Çox istəkli çıxmışdıq. “Neftçi” ilə oyunda görünürdü ki, “Şerif”lə mübarizə aparacağıq və təslim olmamışıq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right