"Qrupda hədəfimiz ən yuxarı nəticəni əldə etmək olacaq" - Əmrah Çəlikəl

"Nəticəni öz xeyirimizə dəyişmək üçün əlimizdən nə gəlirsə edəcəyimizi orada da bilirdik. Çox şükür bu gün oyunumuz da alındı. Hamınızı təbrik edirəm".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın icraçı direkotoru Əmrah Çəlikəl Avropa Liqasının pley-off mərhələsində Moldovanın "Şerif" klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Klub rəsmisi jurnalistlərin suallarını cavablandırıb:

 

- "Qarabağ”ın məsələni belə tez həll edəcəyini gözləyirdinizmi?

- Əsas odur ki, "Qarabağ” məsələni həll elədi. Hər şey ürəyimizcə oldu. Biz buna görə çox şadıq.

 

- Komandanın bu mövsüm qrup mərhələsindəki hədəfi nə olacaq?

- Biz hər zaman hansı turnirdə olsaq ən üst nəticə hansıdırsa, onu qarşımıza hədəf qoyuruq. Bütün işlərimiz buna görə qurulur.

 

- Tahir Gözəli bu gün görə bilmədik.

- Biz mütəmadi olaraq onunla danışdıq. Hətta canlı yayıma da bağlandıq. Matça çox həyəcanla baxırdı. Hamıya da salamlarını göndərdi. Çox işləri ilə əlaqədar Avropadadır.

 

- Qrup mərhələsində Belarusun BATE komandasından revanş almaq üçün onlarla yenidən qarşılaşmaq istərdinizmi?

- Qismətimizdə hansı komandalar varsa onlarla oynayacağıq. BATE olmasın, başqa komanda olsun. Bizim hədəfimiz ən yuxarı nəticəni əldə etmək olacaq. Bizim arxamızda çox yaxşı azarkeş ordusu var idi. Bunun nəticəyə də böyük təsiri oldu. Mən bütün "Qarabağ” sevərlərə təşəkkür edirəm və hamısını təbrik edirəm.

 

- Transfer pəncərəsinin bağlanmasına bir gün qalıb. Hücuma və digər mövqelərə transferlər olacaqmı?

- Transfer məsələlərində tam səlahiyyət Qurban Qurbanovdadır. Bu günə qədər onun istədiyi futbolçuları komandaya cəlb etmişik. Sabah kimi gözləyək, hər hansı bir dəyişiklik olsa, biləcəksiniz. Olsa, bunu böyük məmnuniyyətlə sizinlə bölüşəcəyik.

 

- Sanki bugünkü qələbə daha şirin oldu.

- Mənim fikrimcə, buna ehtiyacımız var idi. Sizin, bizim və hər kəsin buna ehtyacı var idi. Şükürlər olsun ki, bu sevinci yaşaya bildik. Hamını yenidən təbrik edirəm.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right