"Şerif"in baş məşqçisi: Qarabağ" qrup mərhələsində oynamağa layiq idi"

“Nə demək olar?  “Qarabağ”ı təbrik edirəm”. Newsport.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Qoran Sabliç deyib. 

Moldova klubu Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində səfərdə “Qarabağ”a məğlub olub və mübarizəni dayandırıb. 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən xorvatiyalı çalışdırıcı fikirlərini bildirib:  “Bu gün güclü olan tərəf qalib gəldi. “Qarabağ”ın yaxşı komanda olduğunu əvvəldən bilirdik. Burada heç-heçə etmək barədə düşünürdük. Ancaq qapımızda erkən qol gördük. Futbolçularım ilk hissədə özlərinə güvənmirdilər.  İkinci hissədə özümüzü bir qədər toparladıq, sona qədər mübarizə apardıq. Ancaq güclü komanda qalib gəldi və mərhələ adladı”.

- Ötən gün özünüzə çox güvənirdiniz və iddialı danışırdınız. Bugünkü məğlubiyyətə “Qarabağ”ın möhtəşəm oyunu, yoxsa “Şerif”in aciz çıxışı səbəb oldu?

- “Qarabağ” yaxşı oynadı. Ancaq razıyam ki, oyunçularım elə də yaxşı mübarizə aparmadı. Onlar olduğu səviyyədə futbol oynamadılar.  Güclü komandaya məğlub olduq. Rəqibin futbolçuları fərdi keyfiyyətlərə malikdi. Biz əlimizdən gələni etdik. Əfsuslar olsun ki, bacarmadıq. “Qarabağ” qələbəni haqq edirdi.

- Dünən “Qarabağ”a çox qol vura biləcəyinizi deyirdiniz. Oyunun gedişində nə düşündünüz?

- Oyundan sonra bu barədə danışmağı əhəmiyyəti yoxdur.  Əlbəttə, qol vurmaq üçün çalışdıq. Ancaq bacara bilmədik. Son dəqiqələrdə də qol vura bilərdik. 

- İlk oyundan sonra demişdiniz ki, “Qarabağ” məni heç nə ilə təəccübləndirmədi. Bu gün nəyə təəccübləndiniz?

- Mən həmişə “Qarabağ”ın ünvanına xoş sözlər demişəm. Bilinir ki, futbolçuların özlərinə güvəni var.

- “Qarabağ” qrup mərhələsində hansı nailiyyəti əldə edə bilər?

- “Qarabağ”ın çıxışını ötən il də izləyirdik. Bu komandaya qarşı çox simpatiyam var.  Əlbəttə, oyunlarını izləyəcəm. “Qarabağ” qrup mərhələsində oynamağa layiq idi. “Qarabağ” bizim üçün çətin rəqib idi. Ümid edirəm ki, gələn il qrup mərhələsinə vəsiqə qazanacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right