Divizion Bakı Olimpiya Stadionuna ayaq açdı, bəs Premyer Liqa?

Bu gün Azərbaycanda stadion problemi yaşandığı hər kəsə məlumdur. Fakt odur ki, hər klub ev oyununu öz stadionunda keçirə bilmir. 

Belə  bir vəziyyətdə klublar alternativ arenalardan yararlanırlar. Onlardan biri də Bakı Olimpiya Stadionudur. Əlbəttə ki, söhbət əsas deyil, ehtiyat meydançadan gedir. Maraqlıdır, görəsən ehtiyat meydançada Premyer Liqa oyunu da keçirilə bilərmi?

Araşdırmalarımız zamanı məlum oldu ki, bu arena Premyer Liqanın tələblərinə hələ ki tam cavab vermir. Odur ki, stadionda ancaq I Divizion matçları keçiriləcək. 

Qeyd edək ki, stadionun əsas meydançası Millətlər Liqasına hazırlanır. 

Futbol11.az

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right