"Qarabağ"dan növbəti transfer: Klubla danışıqlara başlanıldı

Milli komandamızın üzvü Araz Abdullayev karyerasını "Qarabağ"da davam etdirə bilər. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu futbolçunu transfer etmək üçün müqavilə ilə məxsus olduğu "Panionios" klubu ilə danışıqlara başlayıb. 

Tərəflər arasında danışıqlar müsbət nəticələnsə, Araz "Qarabağ"la müqavilə imzalayacaq. Ancaq Ağdam təmsilçisinin Yunanıstan klubunu razı salacağı bir qədər çətin görnür. Çünki "Panionios" Arazın transfer vərəqəni gecikdirmək üçün bütün varinatlardan istifadə edir. 

Bunu da başa düşmək olar. Çünki Araz mövsümün əvvəlində klubla müqavilə imzalayıb və cəmi 1 məşq etdikdən sonra komandanın düşərgəsini tərk edib. O, anasının səhhətində problemlər olduğunu əsas gətirərək, Azərbaycana qayıdıb. Ancaq sonradan bəlli olub ki, "Panionios"un yaratdığı şərait Arazın ürəyincə olmayıb.  Klub rəsmiləri 26 yaşlı yarımmüdafiəçinin onları çətin vəziyyətdə qoyduğunu düşünürlər.

Araz bir neçə gün öncə uzun müddətdir danışıq apardığı "Mattersburq" klubunun düşərgəsinə yollanıb. Lakin "Panionios" lazım olan sənədləri gecikdirdiyi üçün Avstriya klubu transferdən imtina edib.  

Qeyd edək ki, "Panionios" millimizin üzvünün transferinə görə "Qəbələ"yə 70 min avro ödəyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right