Cavid Hüseynovun 2 mövsümlük cəzası bitir

Azərbaycan Premyer Liqasının 2017/2018-ci illər mövsümünün sonuncu turunda qırmızı vərəqə alaraq, meydançadan qovulan “Qəbələ”nin kapitanı Cavid Hüseynovun cəza müddəti başa çatır.

Yeni mövsümün ilk 3 turunu buraxan Hüseynov üçün nəzərdə tutulan cəza müddəti artıq başa çatıb.

Newsport.az saytının məlumatına görə, oyunçu Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə “Sabah”ın qonağı olacaq. 

Qeyd edək ki, Cavid Hüseynovun yoxluğunda “Qəbələ”nin kapitanlıq bazubəndini Urfan Abbasov daşıyırdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right