Kosovo - Azərbaycan matçının keçiriləcəyi məkan rəsmən açıqlandı

UEFA Millətlər Liqasının D Divizionunda Azərbaycan yığması ilə eyni qrupda yer alan Kosovoya bütün ev oyunlarını paytaxt Priştina şəhərindəki Fadil Vokkri stadionunda keçirməyə icazə verib.

Newsport.az-ın məlumatına görə, qurum bu arenanın yenidən təmir olunduqdan sonra bütün meyarlara cavab verdiyini açıqlayıb. Bununla da UEFA stadiona Millətlər Liqası üçün müvafiq lisenziyanı təqdim edib.  

Kosovo ilk ev oyununu sentyabrın 10-da Farer adaları yığmasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Fadil Vokkri stadionunda növbəti oyun oktyabrın 11-də Malta ilə, noyabrın 20-də isə Azərbaycan yığması ilə olacaq. 

Qeyd edək ki, Kosovo millisi 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərini Albaniyanın Şkoder şəhərindəki "Loro Boriçi" stadionunda qəbul edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right