Araz Abdullayev "Qarabağ"da? - Qurban Qurbanov açıqladı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer etmək istədiyi futbolçunun adını açıqlayıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis hazırda gələcəyi qeyri-müəyyən olan Araz Abdullayevin transferiylə bağlı düşündüklərini bildirib: "Arazın bir neçə klubla problemi var. Dünəndən bu məsələ ilə maraqlanmağa başlamışıq, öz tərəfimizdən köməklik etməyə çalışırıq. Əgər "Mattersburq" və "Painonios"la razılıq əldə edə bilsək, onu heyətimizə qata bilərik".

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi hazırda "Qarabağ"ın düşərgəsindədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right