"Sabah" 2 yoxlama oyunu keçirəcək: İlk rəqibin adına aydınlıq gəldi

Azərbaycan Premyer Liqasının debütantı "Sabah" milli komandaların oyunlarına görə yaranan fasilədən maksimum yararlanmağa çalışır. 

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi fasilə ərəfəsində 2 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq rəqiblərdən birinin adı bəllidir.  "Sabah" sentyabrın 9-da ev oyunlarını keçirdiyi "Əlincə Arena"da "Keşlə"ni qəbul edəcək.  

Yoxlama oyunlarındakı digər rəqibin adına isə danışıqlardan sonra aydınlıq gələcək.  

Qeyd edək ki, "Sabah" III turdan sonra 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right