"Qəbələ" rəsmiləri "Başakşəhər"i ziyarət etdi

"Qəbələ"nin baş meneceri Zaur Əzizov və komandanın baş məşqçisi Sənan Qurbanov Türkiyəyə işgüzar səfər ediblər.
 
Newsport.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, klub rəsmiləri səfər çərçivəsində Superliqa təmsilçisi "İstanbul Başakşəhər"in bazasında olublar. 

Onlar İstanbul klubunun baş məşqçisi Abdullah Avcı və icraçı direktoru Mustafa Eröğütlə görüşüblər. Görüş zamanı "Qəbələ" nümayəndələri Türkiyə klubunun idarəçiliyi, strukturu və texniki məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra isə Abdullah Avcı və Mustafa Eröğütə "Qəbələ"nin formaları hədiyyə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right