AFFA "Qarabağ"ı cərimələdi - azarkeşlərə görə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İK T
Azərbaycan Premyer Liqanın 2-ci və 3-cü turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Azərbaycan Premyer Liqasının II turunun “Zirə” – “Keşlə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 

Azərbaycan Premyer Liqasının III turunun “Zirə” – “Sabah” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının III turunun “Qəbələ” – “Sumqayıt” matçının 77-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Nicat Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının III turunun  “Qarabağ” – “Neftçi” matçının 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atılıb. Bu səbəbdən klub 1600 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right