“Neftçi” məşqləri bərpa etdi

“Neftçi” məşqləri bərpa edib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 3-cü turunda "Qarabağ”la "Azərsun Arena”da keçirilən oyundan (1:1) sonra bir günlük fasiləyə buraxılan komanda bu gün doğma bazasında məşq edib.

Məşqdə Ruslan Abışov, həmçinin Azərbaycanın əsas və U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Xatırladaq ki, Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında, U-21 yığmamızın isə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Azərbaycan Premyer Liqasında fasilə yaranıb. "Neftçi” növbəti görüşünü sentyabrın 16-da keçirəcək. Komanda həmin gün 4-cü tur çərçivəsində "Keşlə”ni qəbul edəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right