AFFA UEFA prezidentini dəstəklədi

AFFA rəhbərliyi 2019-cu il fevralın 7-də İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü konqresində keçiriləcək seçkidə hazırkı UEFA prezidenti Aleksandr Çeferinin namizədliyini dəstəkləyəcək.

Newsport.az-ın məlumatına görə, bununla bağlı AFFA-dan UEFA-ya müvafiq rəsmi məktub göndərilib.

Ötən seçkidə də, seçkiqabağı platformasında yer alan sosial məsuliyyət, assosiasiyalararası dialoq, UEFA irsinin davam etdirilməsi, Avropa futbol təşkilatının hər zaman zirvədə saxlanılması ilə bağlı müddəalarla tanış olduqdan sonra AFFA rəhbərliyi Aleksandr Çeferinin namizədliyini dəstəkləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right