Ramil Şeydayev ehtiyatda qaldı

Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Yenisey”lə üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Ramil bu görüşün iştirakçısı olmayıb. Bu komandada çıxış edən digər azərbaycanlı futbolçu Azər Əliyev kimi, Şeydayev də sonadək ehtiyatda qalıb.

“Krılya Sovetov” 5 turdan sonra 4 xalla 16 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right