Azərbaycan derbisində rekord

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün rekordu qeydə alınıb. 

Newsport.az-ın məlumatına görə, 3-cü turun “Qarabağ” - “Neftçi” qarşılaşması (1:1) tamaşaçı sayında mövsümün arxada qalan hissəsi üçün ən yüksək göstərici ilə diqqət çəkib. “Azersun Arena”da keçirilən matçı 3000 tamaşaçı izləyib. İlk iki turda rekord “Səbail” - “Qarabağ” görüşünə (0:2) məxsus idi. “Bayıl Arena”dakı matç Azərbaycan derbisindən təxminən 3 dəfə az - 1050 tamaşaçı toplamışdı.

Arxada qalan 3 turun 11 oyununu ümumilikdə 8700 tamaşaçı izləyib. Bunun da yarıdan çoxu - 4450-si hesabat turunda qeydə alınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right